Qlobal fond bazarlarında artım müşahidə edilir
Qlobal fond bazarlarında əsas indekslərdə artım davam edib.
TodayPress TV xəbər verir ki, ABŞ fond bazarında əsas indekslər son sessiyada artım nümayiş etdirib.
Belə ki, Dow Jones indeksi 1,43% yüksələrək 47 112,45 bəndə, S&P 500 indeksi 0,91% artaraq 6 765,88 bəndə, Nasdaq Composite isə 0,67% irəliləyərək 23 025,59 bəndə çatıb.
Avropa ticarət bazarlarında da müsbət dinamika qeydə alınıb. FTSE 100 indeksi 0,78% artımla 9 609,53 bənd, Almaniyanın DAX indeksi 0,97% yüksəlişlə 23 464,63 bənd, Fransanın CAC 40 indeksi isə 0,83% artaraq 8 025,80 bənd olub.