Neft bazarında son vəziyyət - "Azeri Light" 99 dollara düşdü

Neft bazarında son vəziyyət - "Azeri Light" 99 dollara düşdü
11.11.2026 09:42 İqtisadiyyat

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,5 ABŞ dollar azalıb.

TodayPress TV xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,5 ABŞ dolları və ya 1,49 % azalaraq 99,4 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

TodayPress TV

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər