İtaliya ilə ticarət dövriyyəsi 20%-dən çox azaldı

İqtisadiyyat

04.04.2026 16:00

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla İtaliya arasında 1 milyard 813 milyon 454 min ABŞ dolları dəyərində ticarət əməliyyatları icra olunub.

Bu barədə TodayPress TV-yə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,41% azdır.

İki ayda İtaliya ilə ticarət dövriyyəsi ölkənin ümumi ticarət əməliyyatlarının 28,95%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycanda İtaliyaya 1 milyard 732 milyon 161 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu, illik 21,44% azalma deməkdir. İtaliyaya ixrac ölkənin ümumi ixracının 47,26%-ni təşkil edib.

Yanvar-fevral aylarında İtaliyadan Azərbaycana 81 milyon 292 min ABŞ dolları dəyərində məhsul idxal edilib ki, bu da illik 10,57% çoxdur. Bu dövrdə İtaliyadan idxal ölkənin ümumi idxalının 3,13%-i həcmində olub.

TodayPress TV

tag: İtaliya,Ticarət,Dövriyyə,Azalma,Todaypress.tv,