"Gemini" vizuallaşdırma funksiyasını aktivləşdirdi
İqtisadiyyat
10.04.2026 19:30
"Google" "Gemini" çatbotuna yeni funksiya əlavə edib.
TodayPress TV xəbər verir ki, artıq istifadəçilər yalnız mətn cavabları deyil, həm də interaktiv vizual diaqramlar və 3D modellər əldə edə bilirlər.
"The Decoder"in məlumatına görə, bu yenilik istifadəçilərə real vaxt rejimində vizuallaşdırmalarla qarşılıqlı əlaqə qurmağa imkan verir. Belə ki, dəyişənləri tənzimləmək, 3D obyektləri fırlatmaq və məlumatları birbaşa çat daxilində araşdırmaq mümkündür.
Şirkət bildirir ki, yeni alət mürəkkəb mövzuları daha aydın və dərin şəkildə başa düşmək üçün hazırlanıb. Funksiyadan istifadə etmək üçün brauzerdə "Gemini"ni açaraq "Pro" modelini seçmək və “mənə göstər” və ya “vizuallaşdırmağa kömək et” kimi sorğular vermək kifayətdir.
Türkan İsgəndərli
tag: Google,Gemini,Vizual,Çatbot,Todaypress.tv,
