Düyü idxalı 17 %-ə yaxın azaldı

Düyü idxalı 17 %-ə yaxın azaldı
28.06.2025 15:30 İqtisadiyyat

Bu ilin yanvar-may aylarında Azərbaycana 27 min 210 ton düyü idxal edilib.

TodayPress TV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, həcmdə düyünün dəyəri 25 milyon 811 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 376 ton (16,5 %), dəyər baxımından isə 8 milyon 66 min ABŞ dolları (23,8 %) azdır.

Hesabat dövründə düyü idxalına çəkilə xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,3 %-ni təşkil edib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər