Bitcoin yenidən bahalaşdı

Bitcoin yenidən bahalaşdı
24.01.2026 12:45 İqtisadiyyat

Son sutkada kriptovalyuta bazarında aparıcı aktivlər üzrə əsasən müsbət dinamika qeydə alınıb.

TodayPress TV xəbər verir ki, “Bitcoin”in qiyməti sutka ərzində 0,15% artaraq 89 527 ABŞ dolları səviyyəsinə yüksəlib.

Ethereum isə 0,55% bahalaşaraq 2 956 ABŞ dollarına çatıb. XRP-nin qiyməti 0,67%, BNB-nin qiyməti isə 0,25% artıb.

Stabil koinlərdən Tether (USDT) 0,03%, USDC isə dəyişməz səviyyədə qalıb. Bununla yanaşı, Solana 0,54%, TRON 3,77%, Dogecoin 0,67% ucuzlaşıb, “Cardano”nun qiyməti isə 0,04% azalıb.

Analitiklər qeyd edirlər ki, sutkalıq müsbət dinamikanı qısa müddətli texniki korreksiya, investorların aşağı qiymət səviyyələrində alışlara üstünlük verməsi və risk iştahının qismən bərpası ilə əlaqələndirirlər.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər