“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın səhmdarlarının sayı azaldı

“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın səhmdarlarının sayı azaldı
01.07.2025 09:53 İqtisadiyyat

Bu il yanvarın 1-nə “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin 429 səhmdarı olub.

TodayPress TV səhmdar cəmiyyətinin idarəetmə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3 vahid və yaxud 0,7 % azdır.

Hesabat dövründə müəssisənin əsas səhmdarı 96,0297 % payla "LOTOS-S" MMC qalıb, payçı fiziki şəxslərin sayı isə 431-dən 428-ə düşüb.

Xatırladaq ki, “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 966 434 manatdır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər