"YouTube"da mesajlaşmaq mümkün olacaq

İKT

07.03.2026 15:32

"YouTube"un bir vaxtlar mövcud olan birbaşa mesajlaşma funksiyası yenidən tətbiq edilir. 

TodayPress TV xəbər verir ki, bu barədə  "Haber Global"da məqalə dərc olunub.   

Bu xüsusiyyət artıq ümumilikdə 31 Avropa ölkəsində test mərhələsində istifadəyə verilib.  

Qeyd olunub ki, yeni mesajlaşma sistemi artıq bir çox Avropa ölkəsində əlçatandır. Avstriya, Belçika, Almaniya, Yunanıstan, Fransa və İtaliya bu ölkələr sırasındadır. Lakin siyahı bununla məhdudlaşmır. Buna baxmayaraq, "YouTube" hələlik Amerika qitəsindəki istifadəçilər üçün funksiyanın nə vaxt istifadəyə veriləcəyini açıqlamayıb. 

Bu funksiyadan istifadə etmək üçün müəyyən şərtlər mövcuddur. İlk növbədə istifadəçilər 18 yaşdan yuxarı olduqlarını təsdiqləməlidirlər. Bunun üçün "Google" süni intellektlə dəstəklənən yaş təsdiqləmə sistemindən istifadə edir. Sistem bəzi hallarda istifadəçilərin video izləmə vərdişlərini də analiz edir. 

Bundan əlavə, istifadəçilərdən "YouTube" hesabının olması və hesaba daxil olmaları tələb olunur. Hesaba daxil olmadan mesajlaşma funksiyası aktiv olmur.  

Qeyd edək ki, "YouTube" bu funksiyanı "YouTube" Premium və ya "YouTube" Premium Lite abunəliyi ilə əlaqələndirməyib. Buna görə də funksiya aktiv olan ölkələrdə bütün uyğun istifadəçilər tərəfindən istifadə oluna bilər.

Jalə Rövşən 

TodayPress TV

tag: YouTube,Funksiya ,YouTube Premium ,Avropa ,Todaypress.tv,