Yatmazdan əvvəl telefonda “Wi-Fi”ı söndürmək lazımdır?
İKT
12.01.2026 19:00
Evdə şəbəkəyə qoşulmuş smartfonlar və digər cihazlar fasiləsiz olaraq elektromaqnit şüalanması yaradır. Buna görə də yatmazdan əvvəl “Wi-Fi”ın söndürülüb-söndürülməməsi ilə bağlı suallar yaranır.
TodayPress TV xəbər verir ki, “Novini.Live” portalı məlumat yayıb.
Mütəxəssislər bildirirlər ki, gecə “Wi-Fi”ın söndürülməsi elektromaqnit şüalanmasının təsirini azalda, həmçinin bildiriş və zənglərin qarşısını alaraq daha rahat yuxuya getməyə kömək edə bilər. Bildirişlər və titrəyişlər olmadıqda yuxunun keyfiyyəti arta bilər.
Bundan başqa, “Wi-Fi”ın söndürülməsi enerji qənaətinə də müsbət təsir göstərir. Aktiv bağlantı olmadıqda smartfon daha az enerji sərf edir ki, bu da xüsusilə köhnə modellərdə batareyanın ömrünü uzada bilər.
Təhlükəsizlik baxımından da üstünlüklər var. Telefon gecə avtomatik olaraq naməlum və təhlükəli şəbəkələrə qoşula bilər. “Wi-Fi”ı söndürmək bu riski aradan qaldırır.
Qeyd olunur ki, enerji qənaəti məqsədilə “Wi-Fi” routerini gecə söndürmək əksinə, internetin işinə mənfi təsir göstərə və təhlükəsizlik problemləri yarada bilər. Buna görə mütəxəssislər routeri deyil, məhz telefondakı “Wi-Fi”ı söndürməyi daha məqsədəuyğun hesab edirlər.
Türkan İsgəndərli
tag: Smartfon,Wi-Fi,İnternet,Şüa,Todaypress.tv,
