Yaponiyanın modulu Aya enə bilmədi

Yaponiyanın modulu Aya enə bilmədi
25.06.2025 18:50 İKT

Yaponiyanın "ispace" şirkətinə məxsus "Hakuto-R M2" modulu Ayın səthinə enə bilməyib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Space News" məlumat yayıb.

Şirkətin açıqlamasına görə, modulun sərt eniş etməsi bir neçə amilin birləşməsi ilə bağlı olub. Əsas səbəb kimi lazer məsafəölçən cihazın Ay şəraitində gözlənilən performansı göstərilir. Cihaz düzgün quraşdırılsa da, Ayın səthindəki işıq əks etdirmə qabiliyyəti yer sınaqları zamanı simulyasiya olunandan zəif olub.

"ispace" həmçinin qeyd edib ki, cihazın işindəki nasazlığa modulun yüksək sürətlə hərəkəti, eləcə də kosmik mühitin təsiri də rol oynamış ola bilər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər