Yaponiyanın Ay Modulu uğursuz oldu

Yaponiyanın Ay Modulu uğursuz oldu
06.06.2025 10:10 İKT

Yaponiyanın "Hakuto-R" Ay modulunun enişi uğursuz olub. 

TodayPress TV xəbər verir ki, bu barədə "Ispace" şirkətinin rəhbəri Takeşi Hakamada bildirib.

Onun sözlərinə görə, modulla əlaqə qurmaq çətin olub və missiyanı başa çatdırmaq mümkün olmayıb. Modulun uçuş hündürlüyü eniş vaxtı kəskin şəkildə sıfıra enib.

"Hakuto-R" 2025-ci ildə ABŞ-nin "Blue Ghost M1" ilə birlikdə Kosmik Mərkəzdən Falcon 9 raketi ilə buraxılıb. Bu, "Hakuto-R"nin ikinci missiyasıdır və birincisi də uğursuz olub.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər