"Xiaomi" "Redmi G27U 2026" oyun monitorunu təqdim etdi

İKT

13.04.2026 08:43

"Xiaomi" büdcəyə uyğun yeni 4K oyun monitoru — "Redmi G27U 2026" modelini təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə "ITHome" portalı məlumat yayıb.

Monitorun əsas xüsusiyyəti iki fərqli ekran rejimi arasında keçid imkanıdır: 4K təsvir keyfiyyəti ilə 160 Hz və ya "Full HD" rejimində 320 Hz yeniləmə sürəti. Bu yanaşma istifadəçilərə daha detallı görüntü ilə daha axıcı oyun təcrübəsi arasında seçim etməyə imkan verir.

27 düymlük Sürətli "IPS" panelə malik cihaz 1 ms (GTG) cavab müddəti, "DisplayHDR 400" dəstəyi və 10-bit rəng dərinliyi ilə təchiz olunub.

Model hazırda yalnız Çində satışa çıxarılacaq. Qiyməti 1499 yuan təşkil edir və satışların 17 aprel tarixində başlaması planlaşdırılır.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Xiaomi,Oyun,Monitor,Redmi,Todaypress.tv,