"XChat" istifadəyə verildi - "X"də daha bir YENİLİK
“X” sosial şəbəkəsinin "XChat" adlı öz messenceri istifadəyə verilib.
TodayPress TV xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
Hazırda tətbiqi yalnız "iOS" platformasında yükləmək mümkündür. "Android" üçün versiyanın isə bir qədər sonra təqdim olunacağı bildirilir. Qeydiyyat sosial şəbəkə “X”də mövcud hesab vasitəsilə, telefon nömrəsindən istifadə etmədən həyata keçirilir.