"X" istifadəçisi "ChatGPT Pro Lite" planını aşkarladı

İKT

23.02.2026 18:45

“X” sosial şəbəkəsinin istifadəçisi Tibor Blaho "OpenAI"nin veb-versiyasında "ChatGPT" üçün “Pro Lite” adlı yeni abunə planına dair izlər aşkar edib.

TodayPress TV xəbər verir ki, ilkin məlumata görə, yeni planın aylıq qiyməti vergilər daxil olmaqla təxminən 100 ABŞ dolları ola bilər.

Blaho tətbiqin "JavaScript" kodunda "chatgptprolite" identifikatorunu və abunə rəsmiləşdirmə səhifəsini aşkarladığını bildirib. Qiymətlə bağlı əlavə təsdiqin isə "backend-API" cavablarında yer aldığı qeyd olunur.

Məlumata əsasən, "Pro Lite" planı hazırkı 20 dollarlıq "Plus" və 200 dollarlıq "Pro" tarifləri arasındakı ciddi qiymət fərqini azaltmaq məqsədi daşıyır. Gizli ödəniş səhifəsində göstərilən funksiyalar isə faktiki olaraq maksimal "Pro" planının imkanlarını təkrarlayır. Buraya prioritet "Codex" agentinə çıxış və genişləndirilmiş kontent generasiya limitləri daxildir.

Yeni planın rəsmi təqdimatı hələ baş tutmayıb. Lakin ödəniş infrastrukturunun hazır olması tarifin yaxın vaxtlarda istifadəyə verilə biləcəyinə işarə edir.

Qiymət Mahir

tag: OpenAI,ChatGPT,JavaScript,chatgptprolite,TodayPress TV,