"WhatsApp" ödənişli abunəliyi sınaqdan keçirir
İKT
21.04.2026 19:15
"Meta" şirkətinə məxsus mesajlaşma tətbiqi "WhatsApp" yeni pullu abunəlik modelini – “WhatsApp Plus” funksiyasını məhdud sınaqdan keçirir.
TodayPress TV xəbər verir ki, abunəlik istifadəçilərə əsasən interfeys fərdiləşdirmə imkanları təqdim edir.
Bunlara söhbətlərin 20-yə qədər pinlənməsi, xüsusi mövzular, zəng melodiyaları və fərqli söhbət siyahıları daxildir. Lakin bu dəyişikliklərin əsasən vizual və kosmetik xarakter daşıdığı, ciddi funksional yenilik gətirmədiyi bildirilir.
Abunəliyin qiyməti regionlara görə fərqlənir. Avropa İttifaqında aylıq təxminən 2,49 avro, Pakistanda 229 rupiyə, digər bölgələrdə isə təxminən 2,50 dollar civarında olacağı gözlənilir. Pulsuz sınaq müddəti də təqdim olunur.
Şirkət bildirir ki, test mərhələsi məhdud istifadəçi qrupunda aparılır və məqsəd istifadəçi rəylərini toplamaqdır. Lakin qeyd olunur ki, abunəlik reklamların tam aradan qaldırılması kimi əlavə üstünlüklər vermir.
Türkan İsgəndərli
tag: Meta,WhatsApp,Abunəlik,Pullu,Todaypress.tv,
