"WhatsApp" Durovun tənqidinə cavab verdi

İKT

12.04.2026 15:25

"WhatsApp" nümayəndələri "Telegram" qurucusu Pavel Durovun tənqidlərinə cavab verib.

TodayPress TV xəbər verir ki, bu barədə "WhatsApp" sosial şəbəkədə açıqlama yayıb.

Məlumata görə, şirkət istifadəçilərin mesaj və zənglərində standart olaraq “uçdan-uca şifrələmə” tətbiq etdiyini bildirib.

"WhatsApp" nümayəndələrinin sözlərinə görə, bu funksiyalar ehtiyat nüsxələr üçün də mövcuddur:

“Biz istifadəçilərin şəxsi mesajları və zəngləri üçün uçdan-uca şifrələməni standart olaraq tətbiq edirik”.

Eyni zamanda şirkət "Telegram" platformasında bu cür funksiyaların tam tətbiq olunmadığını qeyd edib:

“Bu, "Telegram" haqqında çox şeyi izah edir — siz eyni anda həm rahatlıq, həm də təhlükəsizliyi təmin etməyə belə cəhd etmirsiniz, çünki bu çətindir”.

Qeyd edək ki, bundan əvvəl Pavel Durov "WhatsApp"ın şifrələmə sistemini “tarixin ən böyük aldatmacası” adlandırmışdı.

Qiymət Mahir

tag: WhatsApp,Telegram, Pavel Durov ,Mesaj ,TodayPress TV,