VR proqramı yeniyetmələrdə aqressiv davranışı azaldır
İKT
25.12.2025 18:30
Amerikalı alimlər virtual reallıq (VR) texnologiyasına əsaslanan yeni proqram vasitəsilə yeniyetmələrdə aqressiv davranışların və sosial problemlərin azaldılmasına nail olublar.
TodayPress TV xəbər verir ki, məlumata görə, “Impact VR” adlı proqram oyunlaşdırılmış tapşırıqlar vasitəsilə yeniyetmələrin sosial və emosional bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.
Proqram istifadəçilərə virtual mühitdə emosiyaları tanımağı, sosial vəziyyətləri düzgün anlamağı və çətin hallarda daha uyğun davranış seçməyi öyrədir.
Araşdırma göstərib ki, bu üsul davranış pozuntusu olan yeniyetmələrdə aqressiya və antisosial davranışların azalmasına kömək edir. Xüsusilə psixoloji dəstəyə çıxışı məhdud olan uşaqlar üçün bu proqram effektiv alternativ sayılır.
Mütəxəssislər bildirirlər ki, qısa müddətdə tətbiq olunan və nisbətən az xərc tələb edən bu cür texnoloji həllər yeniyetmələrin mental sağlamlığı və sosial inkişafı üçün perspektivli hesab olunur.
Türkan İsgəndərli
tag: VR,Texnologiya,Problem,Bacarıq,Todaypress.tv,
