Üzünü süni intellektdə istifadə edənlərə pul veriləcək
İKT
06.03.2026 19:30
"Promobot" süni intellekt şirkəti üzünün istifadə olunmasına icazə verən şəxslərə 200 min dollar ödəyəcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə şirkətin rəsmi səhifəsində bildirilib.
Məlumata görə, şirkət istehsal edəcəyi robotlarda real insan üzündən istifadə etməyi planlaşdırır. Məqsəd robotların simasının daha tanış və insanlara daha yaxın görünməsini təmin etməkdir.
Belə ki, təklif ilk baxışda cəlbedici görünsə də, müəyyən mənfi tərəfləri də var. İstehsal olunacaq bütün robotlarda həmin şəxsin üz cizgilərindən istifadə ediləcək və bu hüquq faktiki olaraq ömürlük şirkətə verilmiş olacaq. Bu isə o deməkdir ki, şirkət istənilən süni intellekt robotunda həmin simadan istifadə edə bilər.
Türkan İsgəndərli
tag: Süni intellekt,Promobot,Üz,Pul,Todaypress.tv,
