Tramp smartfonu satışa çıxarıldı

İKT

14.04.2026 18:45

"Trump Mobile" rəsmi saytını yeniləyərək "T1" smartfonunu yenidən təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb.

Bildirilib ki, əvvəllər 499 dollara təklif olunan "Trump Mobile T1" modelinin qiyməti indi “1000 dollara qədər” artırılıb.

Smartfon qızılı korpus, ABŞ bayrağı təsviri və brend loqosu ilə fərqlənən dizaynını qoruyub saxlayır. Bununla belə, cihazın ümumi görünüşünün "HTC U24 Pro" modelinə bənzədiyi qeyd olunur.

Texniki xüsusiyyətlərdə də dəyişikliklər edilib. Şirkət əvvəlcə ekran ölçüsünü 6,2 düymə endirsə də, indi yenidən 6,8 düymlük "OLED" ekranın olacağını təsdiqləyib. Kamera sistemi 50 MP əsas sensor, 8 MP geniş bucaqlı və 16 MP telefoto obyektivdən ibarətdir.

Cihazın 5000 mAh batareya, "Snapdragon 7" prosessoru və "Android 15" əməliyyat sisteminin köhnəlmiş versiyası ilə işləyəcəyi bildirilir.

Sayt yeniləməsindən sonra smartfonun buraxılış tarixi ilə bağlı məlumat da silinib. Əvvəllər “2026-cı ilin sonu” kimi göstərilən tarix artıq qeyd olunmur və rəsmi təqdimat vaxtı hələ açıqlanmayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Tramp,Telefon,Smartfon,Todaypress.tv,