"Telegram" bir gündə 187 mindən çox kanalı bağladı
"Telegram" administrasiyası fevralın 16-da platforma qaydalarını pozan 187,3 min kanal və qrupu bloklayıb.
TodayPress TV xəbər verir ki, bu barədə messencerin rəsmi saytında yenilənmiş statistik məlumatda bildirilib.
Qeyd edək ki, “Telegram” messenceri fevralın 15-də 235 282 qrup və kanalı silib ki, bu da 23 yanvardan bəri ən yüksək göstəricidir.
Şirkət bildirib ki, 2015-ci ildən etibarən moderasiya istifadəçi şikayətləri və maşın öyrənməsi əsasında aparılan proaktiv monitorinq üzərində qurulub. 2024-cü ilin əvvəlindən bu mexanizmlər süni intellekt əsaslı alətlərlə gücləndirilib.
Qiymət Mahir