Süni intellektdə “şüur” imkanlarının araşdırılmasına start verildi
İKT
20.11.2025 18:30
Süni intellekt sistemlərində şüurun mümkünlüyünü öyrənmək məqsədilə yeni elmi eksperimentə başlanılıb.
TodayPress TV xəbər verir ki layihə çərçivəsində əsas hədəf neyron şəbəkələrdə insana bənzər daxili inancların və seçim əsaslandırma mexanizmlərinin formalaşdırılmasıdır.
Tədqiqatın ilkin mərhələsində dil modellərinin əlavə təlim olmadan üstünlüklər və seçimlər formalaşdırmaq bacarığı yoxlanılıb. Nəticələr göstərib ki, mövcud sistemlərdə bu qabiliyyət demək olar ki, yoxdur. Bu səbəbdən növbəti mərhələdə süni intellektin düşünmə prosesini aktivləşdirən və öz cavablarını əsaslandırmağa sövq edən metodlardan istifadə ediləcək.
Məqsəd odur ki, neyron şəbəkə insanda olduğu kimi müəyyən mövzularda şəxsi “baxış” formalaşdıra bilsin. Məsələn, sistemdən sevimli rəngini soruşduqda təkcə seçimi yox, həm də həmin seçimin səbəbini izah etməsi gözlənilir.
Bununla yanaşı, digər süni intellekt modellərində də istifadəçilərə şəxsi arzularını müəyyənləşdirmək, məqsədlərə prioritet vermək və onlara çatmaq üçün fəaliyyət planı qurmaq kimi funksiyalar tətbiq edilir. Bu cür texnologiyalar AI sistemlərinin insanla qarşılıqlı əlaqə imkanlarını genişləndirməyi hədəfləyir.
Türkan İsgəndərli
tag: Yandex,Süni intellekt,Şüur,Layihə,Todaypress.tv,
