Süni intellekt nüvə təhlükəsizliyi üçün risk yaradır

İKT

29.12.2025 19:45

Süni intellektin sürətli inkişafı nüvə təhlükəsizliyinə ciddi təhdidlər yarada bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Foreign Affairs” məlumat yayıb.

Xüsusilə süni intellektdən (Sİ) tərəfindən yaradılan dərin saxtakarlıqlar nüvə dövlətlərinin liderlərini yanlış qərarlara, hətta ilk zərbəyə təhrik edə bilər.

Nəşrdə qeyd olunur ki, nüvə silahlarının istifadəsi ilə bağlı qərarların maşınlara ötürülməsi səhv riskini artırır. Bundan əlavə, süni intellektin yalan məlumat yaymaq imkanları müharibə üçün bəhanə yaratmaq məqsədilə istifadə oluna bilər. Bildirilir ki, böhran simulyasiyalarında bəzi məşhur Sİ modelləri diplomatik həllər əvəzinə münaqişənin, o cümlədən nüvə silahlarından istifadə ilə eskalasiyasını seçiblər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Süni İntellekt,Nüvə,Təhlükəsizlik,Sİ,Todaypress.tv,