Süni intellekt depressiyanı aşkar edə bilir

Süni intellekt depressiyanı aşkar edə bilir
24.09.2025 19:30 İKT

Yaponiyalı tədqiqatçılar üz əzələlərindəki mikro hərəkətləri analiz edən süni intellekt vasitəsilə depressiya əlamətlərini müəyyən ediblər.

TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.

Tədqiqatda 64 universitet tələbəsinin 10 saniyəlik təqdimat videoları çəkilib. Süni intellekt sistemi “OpenFace 2.0”, xüsusilə qaş qaldırma, dodaqları gərmə və ağzı açma kimi hərəkətlərdə depressiya ilə əlaqəli nümunələr aşkar edib.

Bildirilir ki, bu texnologiya klinik əlamətlər ortaya çıxmazdan əvvəl psixoloji problemləri müəyyən edə bilər və məktəblərdə, iş yerlərində erkən diaqnostika vasitəsi kimi istifadə oluna bilər.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər