"Spotify"nin işində problemlər yarandı

İKT

29.04.2026 23:10

Bir sıra ölkələrdə "Spotify" striminq xidmətində nasazlıq müşahidə olunur.

TodaPress TV bildirir ki, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidmətinin saytında məlumat verilir.

Məlumata görə, istifadəçilərin 58%-i tətbiqin işindən, 23%-i audionun axın şəklində ötürülməsində çətinliklərdən, daha 11%-i isə qoşulmada fasilələrdən şikayətlənir.

ABŞ-də 3,3 mindən çox istifadəçi işdə pozuntular barədə məlumat verib. Həmçinin Böyük Britaniya, Almaniya, İtaliya və Kanadada da nasazlıqlar qeydə alınır.

TodayPress TV

tag: "Spotify",Nasazlıq,"Downdetector", todaypress.tv,