Sosial media vasitəsilə xəstəlikləri proqnozlaşdırmaq olacaq

İKT

18.11.2025 19:45

Peyvəndləmə səviyyəsinin azalması və yanlış məlumatların yayılması səbəbindən bir çox unudulmuş infeksiyalar, xüsusilə də qızılca yenidən artmağa başlayıb.

TodayPress TV xəbər verir ki, tədqiqatçılar sosial mediada yayılan paylaşımları təhlil edən və peyvənd tərəddüdünün ilk əlamətlərini müəyyən edən yeni alqoritm hazırlayıblar.

Model xəstəlik hallarının qeydə alınmasından xeyli əvvəl yaxınlaşan epidemiya barədə xəbərdarlıq edə bilir.

Yeni yanaşma sosial mediada yanlış məlumatların yayılmasını ekoloji sistemdə patogenin yayılması ilə müqayisə edir. 

Bu mexanizm həm bioloji sistemlərdə, həm də sosial dinamikada müşahidə olunur.

Metodun effektivliyi yoxlanılarkən qızılca hallarının kəskin artdığı dövrdən əvvəl sosial şəbəkələrdə dərc olunmuş on minlərlə paylaşım təhlil edilib. Ənənəvi yanaşmada sadəcə skeptik paylaşımların sayının artması izlənilirdi. Yeni model isə istifadəçi davranışında kritik dəyişiklikləri daha erkən aşkar edərək daha dəqiq proqnoz verib.

Türkan İsgəndərli

tag: Sosial media,Xəstəlik,Pandemiya,Qızılca,Todaypress.tv,