"Sony" "PlayStation 5" üçün yeni aksesuarlar təqdim etdi
İKT
08.01.2026 19:00
"Sony" neon konsol korpusları və neon rəngli "Hyperpop" adlı "PlayStation 5" aksesuarları kolleksiyasını təqdim edib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb.
"Sony" dizaynerləri oyun məkanlarını bəzəyərkən oyunçular arasında populyar vizual üslublara diqqət yetiriblər. Seçilmiş palitra interyerdə diqqət çəkən vurğu yaratmaq və müasir oyun avadanlıqlarının RGB işıqlandırmasını tamamlayacaq şəkildə hazırlanıb.
"Hyperpop" aksesuarları 12 martda satışa çıxacaq, əvvəlcədən sifarişlər isə 16 yanvardan başlayacaq. Məhsullar "PlayStation Direct" və tərəfdaş pərakəndə mağazalar vasitəsilə əldə edilə bilər. Konsol korpuslarının qiyməti 75 dollar, neon DualSense kontrollerlərinin qiyməti isə 85 dollar təşkil edir.
Qeyd edək ki, aksessuarlar yalnız "PS5" (Slim) standart versiyası ilə uyğun gəlir. "PS5 Pro" sahibləri bu korpuslardan istifadə edə bilməyəcək.
Türkan İsgəndərli
tag: Sony,Konsol,Aksesuar,Kolleksiya,Todaypress.tv,
