"Sony" "Honda Mobility" ilə birgə yeni maşın istehsal etdi
İKT
10.01.2026 19:15
"Sony" "Honda Mobility" birgə müəssisəsi Las-Veqasda keçirilən CES-2026 sərgisində iki yenilik təqdim edib.
TodayPress TV xəbər verir ki, yeni "Afeela 01" artıq seriyalı istehsala hazırdır və kütləvi istehsal standartlarına uyğunlaşdırılıb.
Avtomobil əsasən Şimali Amerika bazarı üçün nəzərdə tutulsa da, Avropa Birliyi və Yaponiyada da satışa çıxarılacaq. Sedan üçölçülü siluet, minimalist dizayn və əyri dam xəttinə malikdir.
Əvvəlki prototiplərdə olan arxa görüntü kameraları praktiki nəticə vermədiyi üçün yeni modeldə ənənəvi yan güzgülərdən istifadə olunur. Honda mühəndisləri bu qərarı "Honda E" modelinin uğursuz təcrübəsindən öyrənərək veriblər. Arxa kameralar aerodinamika baxımından cüzi üstünlük təmin etsə də, hərəkət zamanı ekranlarda görüntünü daim göstərdiyi üçün enerji sərfiyyatını artırır.
Yeni təqdimatlar elektrikli sedan və krossover seqmentində "Sony" və "Honda"nın texnoloji tərəfdaşlığını vurğulayır və istehlakçılara modern və funksional dizaynlı avtomobillər təqdim etməyi hədəfləyir.
Türkan İsgəndərli
tag: Sony,Maşın,Honda,Elektrik,Todaypress.tv,
