"Samsung" istifadəçilərinə kompensasiya ödəyəcək

İKT

17.03.2026 19:30

"Samsung" müştərinin cihazı geri qaytarmaması üçün 250 dollara qədər kompensasiya təklif edir.

TodayPress TV xəbər verir ki, bu barədə "WCCFTech" məlumat yayıb.

Bildirilir ki, bu proses istifadəçinin cihazdan narazılığı və ya şikayəti ilə bağlı dəstək xidmətinə müraciət etməsi ilə başlayır. Rəsmi kampaniya olmasa da, bu cür təkliflərin fərdi qaydada təqdim edildiyi qeyd olunur.

Ekspertlər hesab edirlər ki, bu addım şirkətin müştəriləri saxlamaq üçün istifadə etdiyi xüsusi yanaşma ola bilər.

Qeyd olunur ki, "Galaxy S26" seriyasına yüksək tələbat və çoxsaylı əvvəlcədən sifarişlər fonunda belə iddialar diqqət çəkir. Digər tərəfdən, bəzi istifadəçilər cihazın ekran keyfiyyəti və göz yorğunluğu ilə bağlı şikayətlər də bildiriblər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Samsung,Kompensasiya,S26,Təklif,Todaypress.tv,