"Samsung" "Galaxy S27" seriyasına yeni model əlavə edə bilər

İKT

06.04.2026 18:45

"Samsung" "Galaxy S27" seriyasında yeni "Pro" modelinin təqdim olunacağı gözlənilir.

TodayPress TV xəbər verir ki, bunu "Ice Universe" "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, "Samsung" mobil bölməsi artıq bu qərarı qəbul edib, lakin rəsmi təsdiq hələ verilməyib.

İddialara görə, "Galaxy S27 Pro" modeli "Plus" və "Ultra" versiyaları arasında yerləşəcək:

“Model flaqman səviyyəli xüsusiyyətlərə sahib olacaq, lakin bəzi premium funksiyalardan, o cümlədən "S Pen" dəstəyindən məhrum edilə bilər”.

Qeyd olunur ki, bu addım şirkətə "Galaxy S" xəttində qiymət və funksionallıq baxımından daha çevik seçim imkanı yaratmağa kömək edə bilər.

Hələlik yeni modelin texniki xüsusiyyətləri açıqlanmayıb və məlumatların ilkin xarakter daşıdığı bildirilir.

Qiymət Mahir

tag: Samsung,Galaxy ,Plus,Ultra,TodayPress TV,