"Samsung Galaxy F70e 5G": 6 il Android dəstəyi olan büdcə modeli

İKT

09.02.2026 19:45

"Samsung" uzunmüddətli proqram təminatı dəstəyi ilə seçilən "Galaxy F70e 5G" adlı yeni büdcə smartfonunu rəsmi təqdim edib.

TodayPress TV xəbər verir ki, "GSMArena" məlumatına görə, yeni "Samsung Galaxy F70e 5G" modeli 6,7 düymlük HD+ təsvir ölçülü IPS ekran, 120 Hz yenilənmə tezliyi və 800 nitədək maksimum parlaqlıqla təchiz olunub.

Cihaz "MediaTek Dimensity 6300" prosessoru, 4 və ya 6 GB operativ yaddaş və 128 GB daxili yaddaşla təklif edilir.

Smartfon "Android 16" əməliyyat sistemi və "One UI 8" interfeysi ilə təqdim olunur. "Samsung" bu model üçün altı böyük "Android" yeniləməsi vəd edir ki, bu da onu qiymət seqmentində fərqləndirir.

"Galaxy F70e 5G 50 MP" əsas kamera, 2 MP dərinlik sensoru və 8 MP ön kamera ilə təchiz edilib. 6000 mA·s batareya 25 Vt sürətli simli enerji yığılmasını dəstəkləyir. Qurğuda Wi-Fi, "Bluetooth" 5.4, barmaq izi skaneri, 3,5 mm audio girişi və IP54 səviyyəsində toz və nəmə davamlılıq mövcuddur. Arxa panel süni dəri örtüklə hazırlanıb.

Modelin qiyməti 12,5 min rupidən (təxminən 10,6 min rubl) başlayır.

Qiymət Mahir

tag: Android ,Samsung,Galaxy,120 Hz ,Todaypress.tv,