"Samsung" biznes üçün telefon təqdim etdi
İKT
21.03.2026 19:45
"Samsung" biznes seqmenti üçün nəzərdə tutulmuş flaqman smartfonu "Samsung Galaxy S26 Ultra Enterprise Edition" modelini təqdim edib.
TodayPress TV xəbər verir ki, cihaz artıq Böyük Britaniyada satışa çıxarılıb.
"Enterprise" versiyada əsas diqqət məlumat təhlükəsizliyinə yönəlib. Smartfon süni intellekt dəstəyi ilə çalışan Şəxsi Məlumat Mühərriki, həmçinin "KEEP" və "Knox Vault" təhlükəsizlik həlləri ilə təchiz olunub. Bu sistemlər məlumatların şifrələnməsini və qorunmasını təmin edir.
Texniki xüsusiyyətlərinə görə model standart "Samsung Galaxy S26" Ultra ilə demək olar ki, eynidir. Cihaz 6,9 düymlük "Dynamic AMOLED 2X" ekran, QHD+ görüntü keyfiyyəti, 120 Hz yenilənmə tezliyi və 2600 nit parlaqlıq təqdim edir.
Smartfon 200 MP əsas kamera daxil olmaqla dörd kameralı sistemə malikdir. Performans baxımından isə "Snapdragon 8 Elite Gen 5 for Galaxy" prosessoru, 12 GB RAM və 256 GB yaddaşla təchiz olunub.
Bundan əlavə, cihaz 5000 mAh batareya, sürətli simli və simsiz şarj dəstəyi, Android 16 əməliyyat sistemi və "One UI" 8.5 interfeysi ilə işləyir. Şirkət yeddi ilədək yeniləmə dəstəyi vəd edir.
Türkan İsgəndərli
tag: Samsung,Smartfon,Telefon,Biznes,Todaypress.tv,
