Rusiyada "WhatsApp" zəngləri rəsmi şəkildə məhdudlaşdırılır
Rusiyada "Telegram" və "WhatsApp"da zənglər qismən məhdudlaşdırılır.
TodayPress TV xəbər verir ki, bu barədə "Roskomnadzor" rəsmi açıqlama yayıb.
Qurumdan bildirilib ki, bu addım cinayətkarlara qarşı mübarizə məqsədilə atılıb.
Rusiyalı istifadəçilər bir neçə gün öncədən tətbiqlərdə problemlərin yarandığı barədə məlumat vermişdilər.