Rusiya "TikTok"u cərimələdi
Moskva məhkəməsinin hakimi Rusiya qanunvericiliyində xarici şirkətlər üçün nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədiyi üçün "TikTok" sosial şəbəkəsini cərimələyib.
TodayPress TV xəbər verir ki, "TikTok" Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 13.49-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib.
Məhkəmə 6 milyon rubl məbləğində inzibati cərimə tətbiq edib.