Roskosmos yeni raketlər istehsal edir
Rusiya Dövlət Kosmik Korporasiyası Roskosmos daha üç ədəd modernləşdirilmiş “Angara-A5M” raketinin istehsalına başlandığını elan edib.
TodayPress TV xəbər verir ki, raketlər Moskva yaxınlığındakı Xruniçev Mərkəzi tərəfindən sifariş əsasında hazırlanır.
Roskosmos bildirib ki, bu raketlər gələcəkdə Rusiya orbital stansiyasının modullarını orbitə çıxarmaq üçün istifadə ediləcək.
“Angara-A5M” raketləri əvvəlki modellərlə müqayisədə daha yüksək daşıma qabiliyyəti və təkmilləşdirilmiş texniki göstəricilərlə seçilir.
Türkan İsgəndərli