"Porsche" "K1" adlı SUV model hazırlayır

İKT

27.02.2026 19:30

Alman brendi "Porsche" şirkətin SUV modelləri sırasında ən böyük və ən güclü olacaq "K1" kod adlı yeni flaqman lüks model üzərində işləyir.

TodayPress TV xəbər verir ki, bu barədə "Autocar" məlumat yayıb.

Yeddi nəfərlik avtomobil ilkin olaraq tam elektrikli nəqliyyat vasitəsi kimi planlaşdırılsa da, şirkət sonradan bu konsepsiyadan imtina edərək benzin və qoşula bilən hibrid mühərriklərə üstünlük verib.

"Porsche" "K1"i lüks SUV seqmentində – "BMW X7" və "Mercedes-Benz GLS" kimi modellərlə rəqabət aparacaq "D" seqmentli böyük krossover kimi təqdim etməyi planlaşdırır. Model əsasən ABŞ, Yaxın Şərq və Çin bazarları üçün nəzərdə tutulub.

Yeni avtomobil "Volkswagen Group" tərəfindən hazırlanmış "Premium Platform Combustion" (PPC) platformasında qurulacaq.

Məlumata görə, "K1"in ən güclü versiyaları 4 litrlik iki turbo V8 mühərriki ilə təchiz olunacaq.

Avtomobilin 2028-ci ildə Böyük Britaniya və digər əsas bazarlarda debüt etməsi planlaşdırılır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Porche,SUV,Maşın,Mercedes,Todaypress.tv,