Planşetlərdə "Android"in bazar payı 10 % azaldı

İKT

02.04.2026 16:10

Bu ilin mart ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 75,84 % təşkil edib.

TodayPress TV "Statcounter" agentliyinə istinadən xəbər verir ki, bu, fevral ayına nisbətən 0,76 faiz bəndi, 2025-ci ilin mart ayının göstəricisi ilə müqayisədə 4,48 faiz bəndi azdır.

Mobil cihazlarda "İOS" əməliyyat sisteminin bazar payı aylıq 0,88 faiz bəndi və illik müqayisədə 4,81 faiz bəndi artaraq 23,9 % olub.

Planşetlərdə "Android"in bazar payı aylıq müqayisədə 5,3 faiz bəndi və illik müqayisədə 7,66 faiz bəndi azalaraq 71,38 % təşkil edib. Beləliklə onun bazar payı illik ifadədə 10 % azalıb.

Həmin cihazlarda "İOS"un bazar payı 28,52 % təşkil edib ki, bu da aylıq müqayisədə 5,25 faiz bəndi, illik isə 7,56 faiz bəndi çoxdur.

TodayPress TV

tag: Android,Planşet,Bazar payı,Azalma,Todaypress.tv,