"Oura" ağıllı üzük bazarında rəqiblərinə qarşı patent iddiası qaldırdı

İKT

21.11.2025 19:15

Ağıllı üzük istehsalçısı Oura ABŞ Beynəlxalq Ticarət Komissiyasına Samsung, Reebok, Zepp və Nexxbase şirkətlərinə qarşı şikayət verib.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, şirkət bu istehsalçıları ağıllı üzüklərin dizaynı, daxili quruluşu və istehsal texnologiyası ilə bağlı patentləri pozmaqda günahlandırır.

Oura bildirir ki, bazarda qabaqcıl mövqedədir və öz əqli mülkiyyətini qorumaqda davam edəcək. Şirkət həmçinin digər istehsalçılara patent lisenziyaları təklif etdiyini və bu üsulla Circular, RingConn və OMATE ilə razılıqlar əldə etdiyini qeyd edib. Oura rəqiblərlə danışıqlara açıq olduğunu da bildirib.

Oura Ring — sağlamlıq və yuxu göstəricilərini izləyən, zərgərlik görünüşlü ağıllı üzükdür. Daha əvvəl sağlamlıq nəzarəti üçün ağıllı sırğalar da təqdim olunmuşdu.

Jalə Rövşən

TodayPress TV


tag: Ağıllı üzük,Oura,Şikayət,ABŞ Beynəlxalq Ticarət Komissiyası,Todaypress.tv,