"Optimus"lar beyinlə idarə olunacaq

"Optimus"lar beyinlə idarə olunacaq
30.06.2025 18:30 İKT

İlon Maskın təsis etdiyi "Neuralink" şirkəti, beyin implantları vasitəsilə istifadəçilərə insanabənzər robot "Optimus"u zehni yolla idarə etmək imkanı verməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Yeni texnologiya, xüsusilə əlil şəxslər üçün nəzərdə tutulub. Onlar gələcəkdə "Optimus" robotuna düşüncə ilə və uzaqdan nəzarət edə biləcəklər. Bu, artıq tətbiq edilən beyin-kompüter interfeys texnologiyasının növbəti mərhələsi kimi təqdim olunur.

Hazırda "Neuralink" çipi 7 nəfərdə implant olunub. Şirkətin uzunmüddətli hədəfi isə zədələnmiş orqanizmlərdə funksiyaları bərpa etməkdir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər