"OpenAI" "Google Translate"ə rəqib xidmətini təqdim etdi

İKT

15.01.2026 19:30

"OpenAI" mətnlərin tərcüməsi üçün ayrıca onlayn xidmət "ChatGPT Translate"i istifadəyə verib.

TodayPress TV xəbər verir ki, yeni alət 50-dən çox dili dəstəkləyir və "Google Translate"ə alternativ kimi təqdim olunur.

"ChatGPT Translate" veb interfeys üzərindən işləyir və görünüş baxımından "Google Translate"ə bənzəyir. İstifadəçilər orijinal və tərcümə olunmuş mətn üçün iki ayrıca sahə, həmçinin dillərin seçimi ilə qarşılaşırlar.

Xidmət hazırda masaüstü brauzerlərdə mətn tərcüməsini dəstəkləyir. Mobil versiyada isə səsli giriş imkanı mövcuddur. Şəkillərin tərcüməsi ilə bağlı iddialar olsa da, bu funksiya hələ aktiv deyil. Bundan əlavə, "Google Translate"dən fərqli olaraq, "ChatGPT Translate" sənədlərin, şəkillərin və ya veb səhifələrin yüklənməsinə imkan vermir.

Yeni xidmətin diqqətçəkən xüsusiyyətlərindən biri tərcümə üslubunun seçilməsidir. Məsələn, mətnləri işgüzar ünsiyyətə uyğunlaşdırmaq mümkündür.

Türkan İsgəndərli

TodayPress TV

tag: OpenAI,ChatGPT,Translate,Tərcümə,Todaypress.tv,