Noutbuk və kompüter İSTEHSALININ HƏCMİ açıqlandı

İKT

15.04.2026 12:14

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 51 ədəd noutbuk, 164 ədəd stolüstü kompüter istehsal edilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 96,4 % və 90 % azdır.

Təkcə martda isə 16 ədəd noutbuk və 96 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 98 % və 4 % azdır.

2025-ci ildə Azərbaycanda 27 645 ədəd noutbuk, 2 920 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 3,5 % çox və 52 % azdır.

TodayPress TV

tag: Noutbuk,Kompüter,İstehsal,Artım,Todaypress.tv,