“Netflix”in ötən il abunəçilərinin sayı 320 milyonu keçdi
“Netflix” ötən il abunəçilərinin sayını 325 milyona çatdırıb.
TodayPress TV xəbər verir ki, bu barədə şirkətin ötən ilki hesabatında qeyd olunub.
Hesabat dövründə şirkətin gəlirləri illik müqayisədə 17,6 faiz artaraq 12 milyard dolları ötüb. Həmçinin şirkətin xalis mənfəəti 2,42 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə təxminən 29 faiz çoxdur.
Aynur TAC