"Microsoft" yeni “çirkin sviterlər”ini təqdim etdi

İKT

02.12.2025 19:15

"Microsoft" bir illik fasilədən sonra bayram mövsümünə özünəməxsus “çirkin sviterlər” seriyasını yenidən qaytarıb. Şirkət üç yeni model təqdim edib və onların hamısı retro texnoloji motivlərlə bəzədilib.

TodayPress TV xəbər verir ki, əsas model “Artifact” adlanır və üzərində "Microsoft Office"in ilk versiyalarından məşhur Klippi simvolu yer alır. 

Dizaynda həmçinin "MSN", "Minesweeper", "Internet Explorer" və "MS-DOS" loqoları da əks olunub. Digər iki sviter isə uğursuz "Zune" pleyerinin qəhvəyi rəngində olan model və "Xbox" oyun konsoluna həsr edilmiş yaşıl dizayndır.

"Artifact" və "Zune" sviterlərinin qiyməti 80 dollar, "Xbox" modelinin isə 60 dollardır. Onları "Microsoft"un onlayn mağazasından, "Redmond"dakı flaqman mağazasından və Nyu-Yorkdakı sərgi salonundan əldə etmək mümkündür.

"Microsoft"un 2018-ci ildə başlatdığı “çirkin sviter” ənənəsi brendin keçmişini bayram əhval-ruhiyyəsi ilə birləşdirən illik bir aksiyaya çevrilib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Microsoft,Köynək,Sviter,Dizayn,Todaypress.tv,