"Microsoft" "Copilot"un avtomatik quraşdırılmasını dayandırdı
İKT
20.03.2026 19:30
"Microsoft" "Windows 11" cihazlarında "Microsoft 365 Copilot" tətbiqinin avtomatik quraşdırılmasını müvəqqəti olaraq dayandırıb.
TodayPress TV xəbər verir ki, bu qərar korporativ müştərilərin reaksiyasından sonra qəbul edilib.
Şirkət əvvəlcə "Copilot"un 2025-ci ilin oktyabr ayında "Microsoft 365" ilə işləyən cihazlarda kütləvi şəkildə yayılmasını planlaşdırırdı. Daha sonra bu tarix dekabr ayına təxirə salınsa da, layihə hazırda tamamilə dayandırılıb.
"Microsoft 365" admin panelində edilən yeniləməyə əsasən, avtomatik quraşdırma funksiyası deaktiv edilib. Bununla belə, artıq quraşdırılmış tətbiqlər əvvəlki kimi işləməyə davam edəcək.
"Microsoft 365 Copilot Office" tətbiqləri ilə inteqrasiya olunaraq süni intellekt vasitəsilə sənəd hazırlama, redaktə, "Microsoft PowerPoint" üzərindən təqdimat yaratma, buludda fayl axtarışı və məzmun analizi kimi funksiyalar təqdim edir.
Türkan İsgəndərli
tag: Microsoft,Windows,Copilot,Tətbiq,Todaypress.tv,
