"Mercedes" "İlin Avtomobili" seçildi
İKT
10.01.2026 18:45
23 ölkədən 59 jurnalistdən ibarət beynəlxalq münsiflər heyəti yeni "Mercedes CLA" sedanını “İlin Avtomobili” elan edib.
TodayPress TV xəbər verir ki, final mərhələsində onun əsas rəqibləri "Skoda Elroq", "Kia EV4", "Citroën C5 Aircross", "Fiat Grande Panda", "Dacia Bigster" və "Renault 4" olub.
Bu, "Mercedes-Benz" markasının müsabiqədə ikinci qələbəsidir. Alman brendi sonuncu dəfə bu nüfuzlu mükafatı 1974-cü ildə 450 SE/SEL modeli ilə qazanmışdı.
Həmin maşın həm daxili yanma mühərrikli, həm də elektrik versiyalar üçün nəzərdə tutulmuş MMA (Mercedes-Benz Modular Architecture) platforması üzərində hazırlanıb.
Modelin ölçüləri əvvəlki nəsillə müqayisədə böyüyüb. Təkər bazası 61 mm artaraq 2790 mm, uzunluğu 35 mm (4723 mm), eni 25 mm (1855 mm), hündürlüyü isə 29 mm (1468 mm) olub.
Türkan İsgəndərli
tag: Mercedes,Skoda,Kia,Fiat,Todaypress.tv,
