Maşını yaya necə hazırlamaq olar?
İKT
20.03.2026 19:45
Müasir avtomobillər işlək vəziyyətdə olduqda yay mövsümü üçün xüsusi texniki hazırlıq tələb etmir.
TodayPress TV xəbər verir ki, bununla belə, mütəxəssislər bəzi vacib məqamlara diqqət yetirməyi tövsiyə edirlər.
Qeyd olunur ki, isti hava başlamazdan əvvəl avtomobili hərtərəfli yumaq faydalıdır. Xüsusilə drenaj dəliklərinin təmizlənməsi vacibdir, çünki bu hissələrdə yarpaq və çirk yığıla bilər. Bu cür dəliklər adətən qapılarda, mühərrik bölməsində və bəzi hallarda qanadların arxa hissəsində yerləşir. Eyni zamanda, qış mövsümündə çirk və rütubətin toplandığı salonun da təmizlənməsi məsləhət görülür.
Mütəxəssislərin fikrincə, əgər xüsusi texniki problem yoxdursa, müasir avtomobillər əlavə xidmətə ehtiyac duymur. Lakin yaz mövsümü kosmetik təmir üçün daha uyğun hesab olunur. Qış aylarında yaranmış cızıqlar, şüşə zədələri və digər xırda nasazlıqların bu dövrdə aradan qaldırılması tövsiyə edilir.
Bundan əlavə, avtomobilin yuyulmasının təkərlərin mövsümi dəyişdirilməsindən və yolların tam təmizlənməsindən sonra həyata keçirilməsi məsləhət görülür. Xüsusilə, qarı əritmək üçün istifadə olunan kimyəvi qarışıqların avtomobilin gizli hissələrində yığılması əsas problem hesab olunur və bu səbəbdən avtomobilin diqqətlə təmizlənməsi vacib sayılır.
Türkan İsgəndərli
tag: Avtomobil,Yay,Maşın,Texniki,Todaypress.tv,
