"Lenovo" fırlanan ekranlı noutbuk təqdim edəcək
İKT
27.12.2025 19:45
"Lenovo" motorlu ekranlı yeni noutbuk təqdim edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "Windows Latest" məlumat yayıb.
Məlumata görə, "Lenovo CES 2026" sərgisində "ThinkBook Plus Gen 7 Auto Twist" adlı yeni noutbukunu təqdim etməyi planlaşdırır. Cihazın əsas yeniliyi ekranı avtomatik şəkildə çevirən motorlu menteşədir. Bu mexanizm istifadəçiyə fiziki müdaxilə etmədən ekranı istədiyi mövqeyə gətirməyə imkan verir.
Noutbuk 14 düymlük 2.8K keyfiyyətli OLED ekran, "Intel Core Ultra" 300-cü nəsil prosessorlar, 75 Vt/saatlıq batareya və 10 meqapiksellik veb-kamera ilə təchiz olunacaq. Modeldə iki "Thunderbolt" 4 portu, dörd dinamikli səs sistemi olacaq və çəkisi təxminən 1,4 kiloqram təşkil edəcək.
"Lenovo-nun CES 2026"da həmçinin yeni "ThinkPad" modellərini və qeyri-adi dizayna malik digər kompüterlərini də təqdim edəcəyi gözlənilir.
Türkan İsgəndərli
tag: Lenovo,Ekran,Noutbuk,OLED,Todaypress.tv,
