Kibermüharibə yarışına qeydiyyat başladı!
Kibermüharibə yarışına qeydiyyat başladı!
TodayPress TV xəbər verir ki, təhlükəsizliyin, texnologiyanın və strateji düşüncənin ön planda olduğu bu möhtəşəm yarış 2 mərhələdən (seçim turu və final) ibarət olacaq və iştirakçılara informasiya təhlükəsizliyi üzrə təcrübələrini, bilik və bacarıqlarını sınamaq imkanı verəcək.
Ən güclüləri isə böyük mükafat gözləyir — 30 000 AZN!
Yarışda yalnız aşağıdakı sahələrin İT komandaları iştirak edə bilər:
- Dövlət qurumları
- Kritik infrastrukturlar
- Bank sektoru
- Telekommunikasiya müəssisələri
- Elm və təhsil müəssisələri
Qeyd: Kibertəhlükəsizlik xidmətləri göstərən şirkətlər yarışda iştirak edə bilməz.
Qeydiyyat üçün: cidc.gov.az