İsveçrə “ağıllı” xizək eynəyi hazırladı

İKT

27.12.2025 13:02

İsveçrənin "Provuu" brendi çətin hava şəraitində xizəkçilər və snoubordçular üçün görünürlük problemini həll edən "Provuu XR" eynəklərini təqdim edib.

TodayPress TV xəbər verir ki, yeni məhsul təkcə həvəskarlar üçün deyil, həm də peşəkar məşqçilər, bələdçilər və dağ xilasediciləri üçün nəzərdə tutulub.

Eynəklər iki 1080p kamera əsasında işləyən "View-XR" genişləndirilmiş reallıq texnologiyası ilə təchiz olunub. Sistem görüntünü daxili ekranlara ötürərək kontrastı artırır və vizual diapazonu xeyli genişləndirir, bu da zəif görünən maneələri daha tez aşkar etməyə imkan verir.

"View-XR" funksiyası istəyə görə söndürülə bilər və eynəklər günəşli havada adi optik rejimdə istifadə olunur. Çıxarıla bilən batareya təxminən dörd saat işləyir və bir saata tam doldurulur. "Provuu XR" ekstremal şəraitdə sınaqdan keçirilib və müsbət rəylər alıb.

Hazırda eynəklər yalnız "Kickstarter" platformasında mövcuddur. Minimum qiymət təxminən 558 dollar təşkil edir, ilk sifarişlərin isə 2026-cı ilin payızında çatdırılması planlaşdırılır.

Türkan İsgəndərli

TodayPress TV

tag: İsveçrə,Provuu,Eynək,Xizək,Todaypress.tv,