"iPhone" maye metaldan istifadə edəcək
İKT
15.01.2026 19:00
"Apple" ilk qatlanan smartfonu olan "iPhone Fold"un dizaynında maye metal və təkmilləşdirilmiş titan ərintisindən istifadə etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə "MacRumors" məlumat yayıb.
Məlumata əsasən, qatlanan "iPhone"un menteşə mexanizmi maye metaldan hazırlanacaq. Bu material "Apple" tərəfindən 15 ildən artıqdır sınaqdan keçirilir və yüksək möhkəmliyi, aşınmaya və deformasiyaya davamlılığı ilə seçilir. Xüsusilə hərəkətli hissələr üçün uyğun hesab olunur.
Cihazın çərçivəsi isə yeni nəsil titan ərintisindən hazırlanacaq. Bu material hazırkı "iPhone" modellərində istifadə edilən titandan daha yüngül və daha möhkəm olacaq, eyni zamanda eyni səth ölçüsünü qoruyacaq.
"Apple" maye metal texnologiyasından istifadə üçün eksklüziv lisenziyanı hələ 2010-cu ildə alıb, lakin istehsalın çətinliyi səbəbindən indiyədək bu materialdan yalnız kiçik detallarda istifadə edib. Qatlanan "iPhone" isə bu texnologiyanın ilk dəfə əsas konstruktiv elementdə tətbiqi ola bilər.
Türkan İsgəndərli
tag: İphone,Apple,Ekran,İOS,todaypress.tv,
