iPhone Air-in kamerası ekspertləri təəccübləndirdi
İKT
22.11.2025 19:30
Apple-ın yeni iPhone Air modeli kamera testlərində gözlənilən nəticəni vermədi.
TodayPress TV xəbər verir ki, "DxOMark" mütəxəssisləri iPhone Air-in kamera nəticələrini açıqlayıb.
Cihaz 1/1,56 düymlük sensorlu 48 MP-lik tək arxa kamera ilə təchiz edilsə də, testlərdə ümumilikdə 141 xal toplayıb. Foto üçün 134, video üçün 155 xal qeydə alınıb. Əsas çatışmazlıq optik zumun olmaması olub – smartfon yalnız rəqəmsal böyütməyi dəstəkləyir ki, bu da nəticələrə mənfi təsir göstərib.
Üstünlüklər arasında dəqiq ekspozisiya, geniş dinamik diapazon, xoş rənglər, tekstura–səs-küy balansı, gecə çəkilişində yüksək detal və video üçün effektiv stabilizasiya qeyd olunub.
Lakin kamerada köməkçi linzaların olmaması, bokeh-də zəif detallar, foto rejimində yavaş fokuslanma, video rejimində isə fokusun itməsi kimi çatışmazlıqlara var.
Nəticə bazar liderlərindən geri qalsa da, ekspertlər iPhone Air-in performansını rəqabətədavamlı adlandırıblar. Model reytinqdə iPhone 13 Pro Max, Huawei P50 Pro, Google Pixel 7 və Pixel 9 ilə eyni səviyyədə göstərilib. iPhone 15 isə testlərdə bir qədər üstün nəticə əldə edib.
Jalə Rövşən
tag: iPhone,Air,Kamera ,Test,Todaypress.tv,
